Onlayn ictimai-siyasi qəzet
İran-İsrail arasında yaşanan 12 günlük qarşıdurmadan sonra ölkədə mediaya təzyiqlər artıb. Tehran Jurnalistlər Birliyinin rəhbəri və “Sazəndegi” qəzetinin baş redaktoru Əkbər Müntəcəbi bildirib ki, bu müddətdə 150 jurnalist işdən çıxarılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad Iran" telegram kanalı məlumat yayıb.
Dünən Pezeşkianın sosial məsələlər üzrə köməkçi Əli Rəbinin də qatıldığı konfransda çıxış edən Müntəcəbi hökumətin mediaya münasibətini tənqid edərək deyib:
“Hökumət media nümayəndələri ilə doludur, amma medianın özü sıxışdırılır. Bu, məyusedicidir".
Azad İnformasiya Axınını Müdafiə Təşkilatının hesabatına görə, ilin ilk yarısında İranda 46 jurnalist və media qurumuna qarşı cinayət işi açılıb. Təşkilat bildirir ki, Məsud Pezeşkianın prezident seçilməsindən sonra söz azadlığı sahəsində ciddi geriləmə müşahidə olunur.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ