Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Çin sədri Si Cinpinə zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Çin dövlət televiziyası məlumat yayıb.
Məlumatda bildirilir ki, söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
İki ölkə lideri Çin və Rusiya arasında yüksək siyasi etimad və strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, münasibətlərin daha da inkişaf etdirilməsi üçün birgə irəliləyişə razılıq veriblər.
Cümə günü səhər saatlarında Vladimir Putin həmçinin Özbəkistan prezidenti Şavkat Mirziyoyev, həm də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. Putin onlara 6 avqustda Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla keçirilən görüşün nəticələri barədə məlumat verib.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ