İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya, yoxsa BƏƏ? Putin və Tramp harada GÖRÜŞƏCƏK...

Rusiyanın dövlət xəbər agentliyi TASS mənbələrinə istinadla bildirir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş ərəb ölkələrindən birində baş tuta bilər.

Musavat.com xəbər verir ki, daha əvvəl Vladimir Putin Trampla danışıqlar aparmaq üçün mümkün və münasib yerlərdən biri kimi Birləşmiş Ərəb Əmirliklərini göstərib.

Lakin "Fox News" kanalı öz mənbələrinə istinadən xəbər verir ki, görüş gələn bazar ertəsi Romada baş tuta bilər. Eyni zamanda, həm Avropada, həm də digər regionlarda başqa variantlar da müzakirə edilir.

TASS agentliyinin mənbəsi isə Romada görüşün keçiriləcəyi barədə məlumatı təkzib edib.

“Ərəb ölkələrindən birində sammitin keçirilməsi ehtimalı müzakirə olunur”, – mənbə bildirib.

Avqustun 7-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb ki, Moskva və Vaşinqton yaxın günlərdə iki ölkə liderləri arasında görüşün baş tutması barədə razılığa gəlib. Növbəti həftə görüşün tarixi dəqiq müəyyənləşəcək və hazırlıqların gedişatından asılı olacaq.

Həmin gün Vladimir Putin də Trampla görüşə hazırlığını təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR