Onlayn ictimai-siyasi qəzet
İran məhkəmə orqanları İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan bir şəxsin edam edildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumatı ölkənin rəsmi “Mehr” agentliyi yayıb.
Edam edilən şəxs İranın dövlət qurumlarından birində işləyib və məxfi məlumatlara çıxışı olub. İstintaqın materiallarına əsasən, o, internet vasitəsilə İsrailin “Mossad” xidməti tərəfindən ələ alınıb və daha sonra Avstriyanın paytaxtı Vyanada Mossad agentləri ilə bir neçə dəfə görüşüb.
Ən ciddi ittihamlardan biri həmin şəxsin İsrailin hücumu nəticəsində həlak olmuş tanınmış iranlı nüvə fiziki barədə məlumat ötürməsidir. Bu məlumatın ötürülməsi nəticəsində fizik İsrailin xüsusi əməliyyatı zamanı öldürülüb. İran məhkəməsi bu faktı casusluq və milli təhlükəsizliyə qarşı ağır cinayət kimi dəyərləndirib.
Həmin şəxs, iş yerindəki fəaliyyətlə bağlı hər həftə Mossad-a məxfi hesabatlar göndərib və bunun qarşılığında yüksək məbləğdə pul alıb. Məhkəmə onun dövlətə xəyanət etdiyini bildirərək ölüm hökmü çıxarıb. Hökm artıq icra edilib.
İran tərəfi bu cür casusluq hallarına qarşı “sıfır tolerantlıq” nümayiş etdirdiyini və milli təhlükəsizliklə bağlı məsələlərdə sərt mövqeyini davam etdirəcəyini bəyan edib.
Musavat.com
08 Avqust 2025
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ