İnsanlara hürriyət, millətlərə istiqlal!

Bill və Hillari Klintonlar Epşteyn işi üzrə dindirilməyə çağırıldı – ABŞ Konqresindən səs-küylü qərar

ABŞ-ın sabiq prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klintona maliyyəçi Ceffri Epşteyn işi üzrə ifadə vermələri üçün rəsmi çağırış göndərilib.

Musavat.com xəbər verir ki, məlumat ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsi tərəfindən yayılıb.

Klinton cütlüyündən əlavə, sabiq Federal Təhqiqat Bürosunun rəhbərləri Ceyms Komi və Robert Müeller, həmçinin ABŞ-ın keçmiş baş prokurorları Loretto Linç, Erik Holder, Merrik Qarland, Uilyam Barr, Ceff Seşns və Alberto Qonsales də dindirilməyə çağırılanlar siyahısındadır.

Komitənin açıqlamasına görə, dinləmələr 18 avqustdan başlayacaq və oktyabrın ortalarınadək davam edəcək. Hillari Klintonun dindirilməsi 9 oktyabra, Bill Klintonun isə 14 oktyabra təyin olunub.

CNN-in məlumatına görə, Bill Klintonun çağırılmasına səbəb onun Epşteynlə sənədlərlə təsdiqlənmiş əlaqələrinin vətəndaş iddiaları zamanı üzə çıxmasıdır. Hillari Klintona isə 2008-ci ildəki prezidentlik kampaniyasında Epşteynin yaxın əməkdaşı olan və sonradan 20 il həbs cəzası alan Gislane Maksvelin işə cəlb olunması və ərilə münasibətləri ilə bağlı suallar ünvanlanacaq.

Komitə bu şəxslərin istintaq üçün mühüm məlumatlara sahib olduğunu bildirir.

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə Nyu-York həbsxanasında intihar edib. O, azyaşlıların istismarı və insan alveri ilə əlaqəli cinayətlərə görə mühakimə olunmalı idi. İstintaq materiallarına görə, o, 1990-cı illərin ortalarından başlayaraq sistemli şəkildə azyaşlı qızları istismar edib və bu fəaliyyətini yüksək vəzifəli şəxslərlə əlaqələr fonunda gizlədib. Onun dostları arasında Bill Klinton, Donald Tramp və Britaniya şahzadəsi Endryu kimi nüfuzlu şəxslər yer alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR