İnsanlara hürriyət, millətlərə istiqlal!

Yardım fəlakətə çevrildi: Qəzzada yük maşını insanların üstünə aşdı – 20 nəfər öldü - VİDEO

Qəzza zolağında humanitar yardım daşıyan yük maşını yardım almaq üçün toplaşan izdihamın üstünə aşıb.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində təxminən 20 fələstinli həyatını itirib.

Fələstin xəbər agentliyi WAFA yazır ki, insident Qəzza zolağının mərkəzi hissəsində baş verib. Əhaliyə yardım aparan yük maşını İsrailin intensiv bombardmanları nəticəsində yararsız hala düşmüş yol ilə hərəkət edirmiş. Avtomobil humanitar yardımın paylanacağı nöqtəyə çatanda yüzlərlə insan maşını əhatəyə alıb. Nəticədə yük maşını yaxınlıqda dayanan insanların üzərinə aşıb.

"Gaza Civil Defence"in mətbuat xidmətinin məlumatına görə, İsrail hərbçiləri yük maşınını məqsədli şəkildə təhlükəli əraziyə sürməyə məcbur ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR