İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu qədərini mən də gözləmirdim" - Tramp Putinin yola gəlməsindən şaşırıb

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu gün Almaniya kansleri Fridrix Mertsə telefonla zəng edərək Rusiya ilə bağlı mühüm mesajlar verib.

Almaniyanın nüfuzlu “Bild” nəşrinin yaydığı məlumata görə, Tramp söhbət zamanı bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında baş tutan son görüş “gözləniləndən daha müsbət” keçib.

“Bu qədərini mən də gözləmirdim” – Trampın Fridrix Mertsə dediyi bu cümlə hazırda dünya diplomatiyasında ən çox sitat gətirilən ifadələrdən birinə çevrilib.

Qeyd edək ki, Vitkoff-Putin görüşü bu gün (6 avqist) Rusiyada baş tutub. Rəsmi açıqlamalar az olsa da, ABŞ administrasiyasına yaxın mənbələr danışıqlarda əsas diqqətin Rusiya-Ukrayna müharibəsinin mümkün dayandırılması, regional gərginliyin azaldılması və Cənubi Qafqazda balansın qorunması mövzularına yönəldiyini bildirirlər.

Trampın bu açıq və optimist tonu, xüsusən də Putinlə birbaşa görüş planlarının müzakirə olunduğu bir dönəmdə xüsusi əhəmiyyət daşıyır. Prezidentin Mertsə şəxsən zəng etməsi və bu səviyyədə etirafla çıxış etməsi, Vaşinqton-Berlin xəttində diplomatik əlaqələrin də yenidən aktiv fazaya keçdiyini göstərir.

Xatırladaq ki, Tramp yaxın günlərdə həm Vladimir Putin, həm də Volodimir Zelenski ilə birbaşa görüşə hazırlaşır. Bu görüşlərin nəticəsi, sadəcə ABŞ-Rusiya münasibətləri üçün deyil, həm də Avropa və Qafqaz üçün yeni geosiyasi səhifənin başlanğıcı ola bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR