Onlayn ictimai-siyasi qəzet
Bakıda qadının evindən 8 min manatlıq qızılları oğurlanıb. Hadisənin maraqlı təfərrüatı məlum olub.
Musavat.com xəbər verir ki, Bakıxanov qəsəbəsində yaşayan Lalə adlı xanım qonaq getdiyi gün evindən 8 min manatlıq qızılları oğurlanıb.
Araşdırmalar zamanı məlum olub ki, Lalənin evindən oğurluğu rəfiqəsi Sevda (ad şərtidir) edibmiş. Həm də onu evlərinə qonaq çağırdığı gün.
Oğurluq hadisəsindən bir neçə gün əvvəl Sevda rəfiqəsi Leylaya mesaj yazaraq ondan lombarda qoymaq üçün qızıllarını istəyib. Leyla qızıllarını satdığını, qalanlarının isə yadigar olduğunu deyərək verə bilməyəcəyini söyləyib.
Bir neçə gün sonra Sevda israrla Leylanı evlərinə qonaq çağırıb. Gecə Leylanın yatdığını görən Sevda onun əl çantasından mənzilinin açarını götürüb. Taksi ilə Leylann evinə gedən Sevda oradan qızılları götürüb. Sonra da lombarda qoyaraq pul götürüb.
Qızılları oğurlanan Lalə polisə məlumat verib. Həmin zaman Sevdaya da zəng edib və ondan da şübhələndiyini bildirib. Leyla şübhəsində haqlı çıxıb.
Sevda maddi imkanı olmadığı üçün oğurluq etdiyini söyləyib. Bildirib ki, hazırda qızıllar lombardadır və alıq 230 manat ödəyir. Maddi imkanı olmadığı üçün zərəri tam ödəyə bilmir. Himayəsində 6 yaşlı övladı olan Sevda qızılların bir hissəsini qaytardığını, barəsində yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sevda 2 il 6 ay müddətinə elektron qolbaq gəzdirməli olacaq.
Musavat.com
11 Avqust 2025
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ