Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Corciya ştatındakı Fort-Stüart hərbi bazasında naməlum şəxs atəş açıb, hərbi obyekt qismən bağlanıb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Agentlik polkovnik-leytenant Anxel Tomkodan sitat gətirib: “Hazırda vəziyyəti qiymətləndiririk, lakin atəşlə bağlı məlumatı təsdiqləyə bilərik”.
Türkiyənin “Haber Global” telekanalı bildirib ki, hadisə nəticəsində 5 nəfər ölüb.
Qeyd edək ki, Fort-Stüart Amerikanın böyük bazalarından biridir, orada bir neçə min əsgər yerləşdirilib.
07 Avqust 2025
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ