İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio: Rusiyanın müharibəni dayandırmağa hazır olacağı şərtləri indi daha yaxşı anlayırıq

“Müddətlərlə bağlı dəqiq məlumatım yoxdur. Konkret tarixlər müzakirə olunmur. Amma düşünürəm ki, artıq Rusiyanın müharibəni dayandırmağa hazır olacağı şərtləri barədə daha yaxşı təsəvvürümüz var”

Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi marko Rubio Fox Business kanalının efirində bildirib.

“İndi bu şərtləri Ukraynalıların və Avropadakı müttəfiqlərimizin — amma ilk növbədə, əlbəttə ki, ukraynalıların — qəbul etməyə nə dərəcədə hazır olduqları ilə müqayisə etməliyik. [...] Əgər həm ukraynalıların, həm də rusların qəbul edə biləcəyi bir razılaşma əldə edə bilsək, düşünürəm ki, Prezident Trampın Putin və Zelenskinin iştirakı ilə görüş keçirməsi və bu məsələni həll etməyə cəhd göstərməsi üçün real imkan yaranacaq.

Deyərdim ki, bu administrasiya fəaliyyətə başladıqdan bəri ilk dəfədir ki, Rusiyanın müharibəni bitirmək üçün irəli sürə biləcəyi konkret tələblərlə bağlı əlimizdə nümunələr var. İndiyədək bu cür təkliflərimiz olmayıb. Təbii ki, Ukrayna tərəfinin söz haqqı var. Biz hər iki tərəfi və onların mövqelərini bir-birinə mümkün qədər yaxınlaşdırmalıyıq ki, Prezident Tramp müdaxilə edərək bu prosesi nəticəyə çatdıra bilsin”, – deyə ABŞ dövlət katibi qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR