İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin administrasiyasında Ermənistana cavabdeh olan məmura yeni səlahiyyətlər veriləcək

Rusiyada Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun yeni səlahiyyətləri ilə bağlı baş verəcək struktur dəyişiklikləri demək olar ki, müəyyənləşib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti məlumat verir.

Xüsusilə, altı mənbənin bildirdiyinə görə, yaxın xaric ölkələri ilə iş və Qlobal Cənubun bəzi dövlətləri ilə əməkdaşlığın ayrıca aspektlərinə cavabdeh olacaq yeni bir idarənin yaradılması nəzərdə tutulur.

Dəyişikliklərin avqust-sentyabr aylarında baş verməsi mümkündür. Mənbələrdən biri bu idarənin yaradılmasının artıq yekun mərhələdə olduğunu bildirib. Digəri isə qərarların ilin sonunadək qəbul ediləcəyini əlavə edib.

Mənbələrdən biri qeyd edib ki, yeni idarə ilk növbədə digər ölkələrlə "humanitar əməkdaşlıq"la məşğul olacaq. Başqa bir mənbənin sözlərinə görə isə bu strukturun əsas vəzifələrindən biri "yumşaq güc"ün təşviqi olacaq.

Kreml daxilindəki siyasi blok da bu işlərə cəlb olunacaq, çünki Rusiya bəzi ölkələrə dövlət quruculuğu sahəsində yardım göstərməyə hazırdır.

Hazırda Kiriyenko dörd idarəyə rəhbərlik edir: daxili siyasət üzrə, sosial proseslərin monitorinqi və təhlili üzrə, ictimai layihələr üzrə, həmçinin informasiya-kommunikasiya texnologiyalarının və rabitə infrastrukturunun inkişafı üzrə idarələr.

Kreml daxilindəki siyasi blok qarşısında yeni vəzifələr 2024-cü ilin sonu – 2025-ci ilin əvvəllərində qoyulmuşdu. Həmin vaxtdan etibarən Kiriyenko Abxaziya, Cənubi Osetiya, Moldova, habelə Ermənistan və Dnestryanı ilə münasibətləri kurasiya etməyə başlamışdı.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR