Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Saakaşvili bu sazişin yalnız iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün tarixi əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, əgər Bakı və İrəvan arasında sülh sənədi ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalansa, bu, regionun Rusiya təsirindən xilas olmasının başlanğıcı olacaq.
Saakaşvili hesab edir ki, bu saziş Rusiya üçün strateji zərbə olacaq: “Rusiya bu gün rəsmi olaraq Cənubi Qafqazın üç ölkəsindən ikisinə – Azərbaycan və Ermənistana olan hegemonluğunu itirir. Hazırda yalnız Gürcüstanın 'Gürcü arzusu' partiyası vasitəsilə müəyyən təsiri qalır, lakin bu nəzarət də uzun sürməyəcək”.
“Bu gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunduğu gün kimi qalacaq”, – deyə Saakaşvili bildirib.
Qeyd edək ki, Vaşinqtonda planlaşdırılan bu görüş və mümkün razılaşma barədə rəsmi tərəflərdən hələlik ətraflı məlumat verilməsə də, regional və beynəlxalq siyasi dairələrdə mövzu ciddi maraqla izlənir.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ