Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında çoxdan gözlənilən görüşün keçirilməsi ilə bağlı məkan müzakirələri yekunlaşmaq üzrədir.
Musavat.com xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, görüşün ya Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, ya da Türkiyənin Antalya bölgəsində keçirilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, bu iki məkan həm diplomatik neytrallıq, həm də tərəflərin təhlükəsizlik və imic baxımından tələblərinə cavab verməsi səbəbilə ön plana çıxıb.
Dubay – Trampın biznes və siyasi əlaqələrinin güclü olduğu, yüksək səviyyəli təhlükəsizlik və konfidensiallıq təmin edən beynəlxalq mərkəz hesab olunur.
Antalya – Rusiya və Türkiyə liderləri arasında əvvəllər də bir sıra görüşlərə ev sahibliyi etmiş, eyni zamanda ABŞ və NATO üçün də əlçatan platformadır.
Xatırladaq ki, Trampın xüsusi nümayəndəsi Stiv Witkoffun son Moskva səfərində Putinlə 3 saatlıq görüş keçirməsi, liderlər arasında birbaşa təmas üçün zəmin yaradıb.
Maraqlı məqam odur ki, Trampın təşəbbüsü ilə Zelenski ilə də üçtərəfli formatda görüş planı müzakirəyə çıxarılıb, lakin Moskva hələlik bu ideya ilə bağlı mövqe bildirməyib.
Görüşün yaxın günlərdə keçiriləcəyi və məkanın rəsmi olaraq qısa müddət ərzində açıqlanacağı gözlənilir.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ