Onlayn ictimai-siyasi qəzet
Dünyaca məşhur sahibkar və “X” sosial şəbəkəsinin sahibi İlon Mask şəxsi “X” hesabında Azərbaycan bayrağı və medal emojiləri ilə ölkəmiz haqqında paylaşım edib.
Musavat.com-un xəbərinə görə, sözügedən paylaşımda qeyd olunur ki, “X” tətbiqi artıq Azərbaycanda ən çox yüklənən və istifadə edilən xəbər və jurnal tətbiqi olub.
Tesla Owners Silicon Valley hesabı bu məlumatı paylaşaraq yazıb:
“BREAKING: X is now the #1 news app in Azerbaijan. X is taking over, one country at a time.”
İlon Mask isə bu paylaşıma qısa, amma qürurverici “Azerbaijan” cavabını verib.
Bu hadisə Azərbaycan istifadəçilərinin sosial media və informasiya platformalarında fərqli seçimlərə meyil göstərdiyini və qlobal trendlərə qoşulduğunu göstərən önəmli göstəricidir.
Məsələ ilə bağlı əlavə açıqlama olmasa da, Maskın bu qısa reaksiyası belə Azərbaycana xüsusi diqqət yetirdiyini və “X” platformasının ölkədəki sürətli yüksəlişindən məmnun olduğunu göstərir.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ