Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasındakı məhkəmə çəkişməsi başa çatıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, Elza məhkəməyə müraciət edərək Roza Zərgərlinin cəzalandırılmasını istəmişdi.
Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və müğənni Roza Zərgərlinin onu təhqir etdiyini bildirib.
Roza Zərgərli haqqında iddia Cinayət Məcəlləsinin 148-ci (təhqir etmə) maddəsi üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən icraata götürülüb.
Elza Seyidcahan iddiasında bildirib ki, Roza Zərgərli yazdığı şərhlərdən birində onu təhqir edib.
Roza Zərgərlinin həmin şərhi belədir:
“Bağışla məni, Elza. Şou-biznesə təlxəklər, meymunlar lazımdır. Sadəcə, pulsuzsan. Pulla oynayan meymunlar lazımdır. Ağzını aç, tüpürüm. Tüpürcəyim bal dadır. Sənin üzünə bal lazımdır. Bu adamın başı işləmir. Bu dəlinin qabağını niyə almırlar? İfaçı kimi zay...”
Elza Seydicahan deyib ki, Roza Zərgərli “təlxək”, “dəli”, “zay” ifadələri ilə onu təhqir edib. Seyidcahan Roza Zərgərlinin 6 ay müddətinə həbs edilməsini istəyib.
Roza Zərgərli isə müdafiə çıxışında deyib ki, qeyd edilən fikirlər təhqir sayıla bilməz.
Məhkəmə ekspertiza mərkəzinin rəyinə görə, qeyd edilən sözlər ədəbi dil hüdudlarını aşmır və nalayiq leksikaya aid olmadığı üçün “nalayiq” məzmunlu hesab edilmir.
Qeyd edək ki, tərəflər arasında barışıq olmayıb.
İ.Muradov
Musavat.com
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ