Onlayn ictimai-siyasi qəzet
Fransa Senatının üzvü Natali Qule Parisin Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişində mühüm rol oynaya bilməməsinin əsas səbəbini açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, buna səbəb Fransadakı siyasətçilərin böyük əksəriyyətinin kor-koranə şəkildə erməni lobbisinin diktəsinə uymasıdır.
“Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın ABŞ prezidenti Donald Trampın himayəsi altında yazdığı tarixi səhifədən çox məmnunam. Fransa sülh prosesində mühüm rol oynaya bilərdi, əgər siyasətçilərin 99,99 faizi kor-koranə şəkildə erməni lobbisinin arxasınca getməsəydi. İndi isə Fransa bu prosesdə iştirak etmir. Ümid edirəm ki, Fransa tezliklə Azərbaycanla yaxşı münasibətləri bərpa edəcək. Hər zaman doğru tərəfdə olduğuma görə qürur duyuram”, - deyə Qule bildirib.
Ekspertlər hesab edirlər ki, Fransanın bu tarixi fürsəti əldən verməsi təkcə siyasi xəta deyil, həm də Cənubi Qafqazdakı yeni geosiyasi düzəndə Parisin nüfuzunun ciddi şəkildə zəifləməsi deməkdir. Azərbaycanın isə Tramp vasitəçiliyi ilə əldə etdiyi bu diplomatik uğur, Bakının beynəlxalq arenada artan nüfuzunun daha bir təsdiqi kimi qiymətləndirilir.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ