İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Alyaskada Tramp-Putin görüşünə qatıla bilər

ABŞ-ın “CBS News” telekanalı Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçiriləcək görüşdə iştirak edə biləcəyini istisna etməyib.

Musavat.com xəbər verir ki, məlumata görə, Ağ Evin yüksək vəzifəli nümayəndəsi Zelenskinin danışıqlara “hər hansı formada” qoşulması ehtimalını təsdiqləyib.

Lakin onun hansı şərtlərlə və hansı formatda görüşə qatılacağı barədə dəqiq məlumat verilməyib.

Tramp və Putinin Alyaskada baş tutacaq görüşünün detalları hələlik açıqlanmayıb, lakin siyasi müşahidəçilər bu danışıqları Rusiya-Ukrayna müharibəsində mümkün dönüş nöqtəsi kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR