Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri İrakli Kobaxidze Vaşinqtonda liderlərin görüşü ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, o, X sosial şəbəkəsində yazıb:
"Gürcüstan Ermənistan və Azərbaycan üçün, bölgə və bütün dünya üçün bu tarixi anı alqışlayır! Donald Trampı, İlham Əliyevi və Nikol Paşinyanı bu uğura — əlamətdar sülh sazişinin imzalanmasına və bölgədə sabitlik və iqtisadi inkişaf üçün yeni eranın başlanmasına görə təbrik edirik".
Kobaxidze qeyd edib ki, Gürcüstan həmişə bölgədə sülh və əməkdaşlıq tərəfdarı olub və bu prosesləri qətiyyətlə dəstəkləməkdə davam edəcək.
Şahanə Rəhimli
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ