Onlayn ictimai-siyasi qəzet
Avqustun 15-i, cümə günü Rusiya hərbçiləri Ukraynanın Sumı şəhərinin mərkəzi bazarına hücum edib.
Musavat.com xəbər verir ki, yerli mətbuatın məlumatına görə, hücum nəticəsində yanğın baş verib.
Bundan əlavə, Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin Dneprovski rayonuna da raket zərbəsi endirib. Regional hərbi administrasiyanın rəhbəri Sergiy Lısak bildirib ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Hücum zamanı yük maşını və mikroavtobus zədələnib, yanğınlar baş verib.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ