Onlayn ictimai-siyasi qəzet
Xaçmazda bazara pomidor daşıyan "Qazel" markalı yük avtomobili aşıb.
Musavat.com xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb.
Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər avtomobillərin maneəsiz hərəkəti təmin olunub.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ