İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə Vitkoff Bakı-İrəvan sülh prosesini də müzakirə edib – Rusiya mətbuatı

ABŞ-ın sabiq prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putinlə dünən baş tutan görüşündə təkcə ABŞ-Rusiya münasibətləri deyil, həm də Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi geniş şəkildə müzakirə olunub.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Vitkoff Kreml rəhbərini Vaşinqtonda sülh təşəbbüsləri və üçtərəfli danışıqlar perspektivləri barədə də məlumatlandırıb. Həmçinin Tramp administrasiyasının Azərbaycan və Ermənistan arasında gedən danışıqları dəstəklədiyi xüsusi vurğulanıb.

Qeyd olunur ki, Vitkoff görüş zamanı Cənubi Qafqazda sabitliyin qorunmasının Tramp üçün strateji əhəmiyyət daşıdığını, və bu baxımdan Bakı-İrəvan xəttində aparılan diplomatik səylərin Tramp tərəfindən yaxından izlənildiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR