İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda tələbələrin universitetlərdən kütləvi qovulması davam edir – minlərlə...

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi Batken Dövlət Universiteti və onun strukturlarından 2170 tələbənin xaric edilməsi barədə məlumat yayıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, MTDK-dan verilən məlumata görə, ali və ixtisas təhsili müəssisələrində davamiyyət qaydalarının pozulması, tələblərə məhəl qoyulmaması faktları müəyyən edilib.

Nəticədə tələbələr aşağıdakı universitetlərdən xaric edilib:

Batken Dövlət Universitetindən 570 tələbə;

Tayırov adına Qızıl-Kiya Humanitar-Pedaqoji İnstitutundan - 801;

Qızıl-Kiya Texnologiya, İqtisadiyyat və Hüquq İnstitutundan - 380;

Məşrabov adına Sülükta Humanitar İqtisadiyyat İnstitutundan - 171;

Batken Dövlət Universitetinin çoxsahəli kollecindən - 234;

Batken Dövlət Universitetinin Pedaqoji və Kommunikasiyalar Kollecindən – 14 tələbə.

MTDK əlavə edib ki, təhsil sistemində korrupsiya və digər qanunsuz təzahürlərin aşkar edilərək qarşısının alınması istiqamətində fəaliyyəti davam etdirirlər.

Bundan əvvəl xüsusi xidmət orqanları Bişkek, Oş, Narın və İssık-Kul vilayətinin universitetlərindən yüzlərlə, bəzi hallarda isə minlərlə tələbənin qovulması barədə məlumat vermişdilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR