İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp–Putin görüşünün yeri hələ müəyyənləşməyib

ABŞ və Rusiya liderləri arasında mümkün görüşlə bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, Reuters agentliyi Ağ Evdəki mənbəyə istinadla ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçiriləcəyi yerin hələ müəyyən olunmadığını bildirib.

Qeyd edək ki, daha öncə CNN mənbələri bu görüşün baş tutmasının çətin ola biləcəyini qeyd etmişdi. Səbəb kimi isə təşkilati çətinliklər və təhlükəsizlik məsələləri göstərilmişdi.

Bununla belə, Ağ Ev görüşün baş tutması üçün diplomatik hazırlıqların davam etdiyini təsdiqləyir.

Xatırladaq ki, Tramp son çıxışlarında həm Putin, həm də Zelenski ilə birbaşa görüşməyə açıq olduğunu dəfələrlə bəyan edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR