Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ-Rusiya-Ukrayna üçbucağında diplomatik təlatümlər yeni mərhələyə qədəm qoyub.
FOX News telekanalının yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoffla keçirdiyi görüşdə açıq şəkildə bildirib ki, “Trampla şəxsən görüşmək istəyirəm”.
Bu bəyanat, Vaşinqtonda artan diplomatik aktivliyin və Tramp administrasiyasının Rusiya ilə əlaqələri normallaşdırmaq üçün irəlilədiyinin bariz sübutudur.
Putinin Trampa birbaşa görüş təklif etməsi, onun artıq ABŞ vasitəçiliyini qəbul etməyə başladığını və bu formatı prioritet saydığını göstərir. Bu isə Moskvanın Vaşinqtonu danışıqlar masasında əsas oyunçu kimi tanımağa meylləndiyini göstərir.
Bütün bu inkişaflar fonunda gözlər indi Tramp, Putin və Zelenski arasında baş tutacaq üçtərəfli görüşün konkret tarixinə və nəticələrinə yönəlib. Əgər bu liderlər arasında real anlaşma əldə olunarsa, bu, yalnız Şərqi Avropa üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik nizamı üçün dönüş nöqtəsi ola bilər.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ