Onlayn ictimai-siyasi qəzet
Ermənistan Yekaterinburqdakı fəxri konsulu geri çağırıb.
Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistanın Xarici İşlər Nazirliyi Yekaterinburq şəhərindəki fəxri konsulu Narek Spartakyanın vəzifəsindən azad edildiyini təsdiqləyib.
Nazirlik Spartakyanın vəzifədən kənarlaşdırılmasının səbəbini açıqlamayıb.
Bundan əvvəl "Ura.ru" nəşri mənbələrə istinadən yazıb ki, Narek Spartakyan Ermənistan hakimiyyətinin Apostol kilsəsinə qarşı tutduğu mövqe və milyarder Samvel Karapetyanın həbsi ilə razılaşmadığı üçün postundan uzaqlaşdırılıb.
Musavat.com
08 Avqust 2025
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ