Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusuna məxsus kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) bu gecə Rusiya ərazisinə hücum həyata keçirib.
Musavat.com xəbər verir ki, Rusiya telegram kanallarının məlumatına görə, hücumun əsas hədəfi Krasnodar vilayətində yerləşən Afipski Neft Emalı Zavodu (NEZ) və Kuban bölgəsindəki hərbi hissə olub.
Bildirilir ki, bir neçə partlayış səsləri eşidilib və nəticədə obyektlərdə yanğın baş verib.
Sosial şəbəkələrdə yayılan kadrlarda zavodun ərazisindən qalxan alov və tüstü buludları əks olunur.
Ukrayna tərəfi hücumla bağlı rəsmi açıqlama verməyib, lakin bu, son aylar ərzində Rusiyanın enerji və hərbi infrastrukturuna yönəlmiş növbəti PUA zərbəsi kimi qiymətləndirilir.
Rusiyanın Tver vilayətindəki hərbi bazasında Mi-28 hücum helikopteri partladılıb.
Teleqraf "Unian.net"ə istinadən xəbər verir ki, partlayışın məsuliyyətini "Ukrayna Xalq Müqaviməti" partizan hərəkatı öz üzərinə götürüb.
Bildirilir ki, partlayıcı qurğular helikopterə ukraynalı partizan tərəfindən yerləşdirilib .
Qeyd olunur ki, partizan Torjok şəhəri yaxınlığında yerləşən aviasiyanın ərazisinə daxil olub. O, uçuş-enmə zolağına yaxın açıq ərazidə dayanan Mi-28-in altına iki partlayıcı qurğu yerləşdirib.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ