Onlayn ictimai-siyasi qəzet
"ABŞ, Azərbaycan və Ermənistan liderləri Vaşinqton görüşünün nəticəsi olaraq ortaq memoranduma və ya bəyanata imza ata bilərlər. Bu sənəddə tərəflərin bir daha bir-birilərinin ərazi bütövlüyünü tanıdığı, sülh sazişinin qısa müddətdə imzalanması və Zəngəzur dəhlizinin açılması vacibliyi vurğulana bilər".
Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial media hesabında qeyd edib.
Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ şirkətlərindən birinin Zəngəzur dəhlizini icarəyə götürməsi təklifinə razılşacağı hələ ki, çətindir:
"Paşinyan buna İranın mühafzəkar, Rusiyanın şovinist, ölkəsindəki radikal dairələrin reaksiyasından ehtiyat edir. Buna baxmayaraq, əgər Nikol Paşinyan Minsk Qrupundan imtinaya razılaşarsa və bu memorandumda və ya ortaq bəyanatda yer alarsa, təkcə bu amilin özünü Vaşinqton görüşünün uğuru saymaq olacaq.
Bu halda Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin iki tələbindən birini yerinə yetirmiş olacaq, qalacaq Ermənistan Konstitusiyasında zəruri dəyişikliyi həyata keçirmək".
Xaludə Gəray
Musavat.com
08 Avqust 2025
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ