İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrantların təhsil hüququ ilə bağlı AÇIQLAMA – Konstitusiyaya ZİDDİR

Rusiyada miqrant uşaqlarının məktəblərdə pulsuz təhsil almasına qoyulan qadağalar ölkə Konstitusiyasına ziddir.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Rusiya Təhsil Nazirliyinin Dövlət ümumi təhsil siyasəti və məktəbəqədər təhsilin inkişafı departamentinin direktoru Aleksandr Reut bildirib.

Onun sözlərinə görə, Rusiya Konstitusiyasına əsasən, ölkə ərazisində yaşayan bütün şəxslərin, o cümlədən əcnəbilərin də pulsuz təhsil almaq hüququ var:

“Bu, Rusiya Federasiyasının ərazisində olan bütün insanlar üçün ümumi hüquqdur. Ümumi təhsil pulsuzdur, orta ixtisas təhsili də elədir. Ali təhsil isə müsabiqə əsasında pulsuzdur”, – deyə Reut vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR