İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa borc bataqlığında boğulur

Musavat.com xəbər verir ki, Fransa Baş naziri Fransua Bayru ölkənin dövlət borcu ilə bağlı ciddi açıqlama verib. Onun sözlərinə görə, hazırda Fransanın dövlət borcu hər saniyə 5 min avro artır.

Baş nazir vətəndaşlara videomüraciətində bildirib ki, borcun ümumi həcmi artıq 3,4 trilyon avroya çatıb. O, bu durumu Fransa iqtisadiyyatı üçün ən böyük təhdid adlandırıb və vurğulayıb ki, vəziyyətə müdaxilə olunmazsa, nəticələr ağır ola bilər.

Fransua Bayru dövlət xərclərinin azaldılması istiqamətində təcili tədbirlərin görülməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, bu, yalnız hökumətin deyil, bütün cəmiyyətin məsuliyyətidir və ölkə gələcək nəsillərin maraqlarını qorumaq üçün indidən hərəkətə keçməlidir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR