İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda dövlət idarələri və banklar BAĞLANDI - SƏBƏB

İranda son günlər müşahidə olunan şiddətli istilər və su çatışmazlığı səbəbindən hökumət bəzi dövlət qurumlarının fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Musavat.com xəbər verir ki, Tehran da daxil olmaqla bir neçə vilayətdə dövlət idarələri və banklar bağlanıb.

Hazırda yalnız tibb müəssisələri, bəzi özəl şirkətlər və məhdud sayda bank şöbələri fəaliyyətini davam etdirir.

İran Meteorologiya Xidmətinin proqnozlarına əsasən, bu həftə ölkənin bəzi bölgələrində hava temperaturu +50°C-yə qədər yüksələ bilər.

Ekstremal hava şəraiti ölkədə enerji və su resurslarının tükənməsi fonunda ciddi narahatlıq yaradıb. Hakimiyyət vətəndaşları ehtiyatlı olmağa və mümkün qədər açıq havada uzun müddət qalmamağa çağırıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR