İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan–ABŞ münasibətlərində tarixi imkanlar qapısı AÇILIR

"Azərbaycan ilə ABŞ arasındakı münasibətlərin strateji mərhələyə qədəm qoyması üçün yeni imkanlar yaranıb. Donald Trampın 2025-ci ildə yenidən ABŞ prezidenti seçilməsindən sonra bu prespektivlər daha da güclənib".

Musavat.com bildirir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.

Millət vəkili qeyd edib ki, Vaşinqtonun əvvəlki administrasiya dövründə zəifləyən və bir sıra hallarda gərginləşən münasibətləri strateji müstəviyə daxil etmək üçün artıq kifayət qədər geniş imkanlar var:

"Ötən ildən başlayaraq iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunmaqdadır. Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il 2022-ci il ilə müqayəsidə 3 dəfədən çox artıb. 2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub.

VUQAR BAYRAMOV.jpg (146 KB)

Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamikası ticarət və qarşılıqlı sərmayə qoyuluşları sahəsində daha geniş imkanlar yaradacaq.

Bir müddət öncə ABŞ lideri Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfə verməkdədir. Bu, cənab İlham Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmaqla yanaşı, ikitərəfli münasibətlərdə yeni mərhələnin başlaması demək idi".

Vüqar Bayramov vurğulayıb ki, bütün bunlar kontekstində, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün - avqustun 6-da Birləşmiş Ştatlara səfəri yalnız ABŞ-Azərbaycan münasibətləri deyil, bütövlükdə Amerika-Cənubi Qafqaz əlaqələrində yeni səhifə açacaq.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR