Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya KİV-ləri ABŞ və Rusiya arasında müvəqqəti kompromis razılaşması barədə danışıqların aktiv fazaya keçdiyini yazır. Məlumata görə, bu razılaşma çərçivəsində bir sıra məhdud atəşkəs tədbirləri gündəmdədir.
İddialara əsasən, Ukrayna tərəfi ilk mərhələdə havada atəşkəsə razılıq verib. Bu o deməkdir ki, Ukrayna artıq Rusiyanın neft və enerji infrastrukturlarına PUA və raket hücumlarını dayandıracaq. Moskva isə cavab olaraq Ukraynanın mülki və enerji obyektlərinə zərbələri müvəqqəti olaraq dayandırmağa razılaşıb.
Bu “hava sülhü” razılaşması, Tramp administrasiyasının son günlərdə nümayiş etdirdiyi fəallığın, o cümlədən Stiv Uitkoffun Moskva səfərinin və Trampın “irəliləyiş əldə olunub” açıqlamasının ilk real nəticəsi kimi dəyərləndirilir.
Qeyd edək ki, bu müvəqqəti razılaşma 3 sentyabrda Pekində baş tutacaq Tramp-Putin görüşü öncəsi mühüm diplomatik siqnal kimi qəbul olunur. Siyasi müşahidəçilər bu sükutun daha geniş sülh danışıqları üçün baza yaradacağını bildirirlər.
Musavat.com
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ