İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə Əliyev-Paşinyan görüşü: Rusiya bunun QiSASINI ALACAQ? Bakı sakinlərindən iLGİNC CAVABLAR

ABŞ Prezidenti Donald Tramp bu həftənin cümə günü – avqustun 9-da Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, görüşün əsas məqsədi tərəflər arasında uzun illər davam edən münaqişəyə son qoyacaq sülh sazişinin əldə olunmasıdır.

Siyasi müşahidəçilər hesab edirlər ki, İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə baş tutacaq bu danışıqlardan gözləntilər böyükdür və Amerikanın vasitəçiliyi ilə yaxın zamanda sülh müqaviləsinin imzalanması real görünür.

Bəs cəmiyyətimiz necə düşünür? Amerikanın vasitəçiliyi ilə əldə olunacaq sülh sazişi bizim maraqlarımıza uyğun olacaqmı? Bundan nə gözlənilir? Rusiya Prezidenti Vladimir Putin bu prosesdən narazı qalaraq müəyyən təzyiqlər göstərə və qisas almağa çalışa bilərmi?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR