İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyalı oliqarxın yaxtasını hərraca çıxarır

ABŞ hakimiyyəti rusiyalı senator və oliqarx Süleyman Kərimova məxsus "Amadeus" superyaxtasını satmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, məlunatı The Independent yayıb. Bildirilir ki, qərara səbəb yaxtaya

texniki xidmət və ekipajın saxlanması üçün "həddindən artıq xərclər"in tələb olunmasıdır.

Qeyd edək ki, yaxta 2022-ci ilin mayında Ficidə müsadirə edilib və o vaxtdan bəri onun saxlanmasına 30 milyon dollardan çox vəsait xərclənib.

Hazırda San Dieqoda yanalmada dayanan 106 metr uzunluğundakı yaxta 2017-ci ildə Almaniyanın Lürssen şirkəti tərəfindən sifarişlə hazırlanıb.Yaxtanın dizayneri Fransua Zuretti olub. Yaxtanın interyerində çoxsaylı mərmər elementlər, səkkiz kabin, gözəllik salonu, spa, idman zalı, helikopter meydançası, üzgüçülük hovuzu və lift var. O, 16 qonaq və 36 ekipaj üzvünü qəbul edir.

Qeyd olunur ki, ABŞ Rusiya-Ukrayna müharibəsinə görə müsadirə etdiyi yaxtanı ilk dəfə satacaq. Müsadirə olunduqdan sonra 325 milyon dollar dəyərində qiymətləndirilib. Hərracın qalibi çox güman ki, onu daha ucuz qiymətə əldə edə biləcək. Hərracın 10 sentyabr 2025-ci ildə keçirilməsi planlaşdırılır. İştirak etmək üçün iddiaçılar 10 milyon ABŞ dolları məbləğində depozit qoymalıdırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR