İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Koreya genişmiqyaslı hərbi təlimi başlayır

Koreya Respublikası və ABŞ silahlı qüvvələri avqustun 18-dən 28-dək genişmiqyaslı Ulchi Freedom Shield dəniz təlimləri keçirəcək.

Musavat.com xəbər verir ki, məlumatı Yonhap Xəbər Agentliyi yayıb. 

Hər iki ölkənin silahlı qüvvələrinin nümayəndələri qeyd ediblər ki, təlimlər real təhlükələri əks etdirəcək və müttəfiqlərin bütün sahələrdə döyüş hazırlığını artırmaq üçün nəzərdə tutulub: “Təlimlər Koreya Respublikası hökuməti daxilində idarələrarası koordinasiyanı asanlaşdıracaq, milli səviyyədə böhranların idarə edilməsi bacarıqlarını gücləndirmək, mülki müdafiə sahəsində cavab bacarıqlarını və kiber sferada təhlükəsizlik səviyyəsini təkmilləşdirmək üçün nəzərdə tutulub”.

Qeyd olunur ki, Ulchi Freedom Shield Cənubi Koreya hökumətinin hərbi şəraitdə fəaliyyətə daha yaxşı hazır olmasına töhfə verəcək.

Qeyd edək ki, belə təlimləri Şimali Koreya həmişə özünə qarşı təhdid kimi qiymətləndirir. Pxenyanda onları "Şimali Koreyanı işğal təlimi" adlandırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR