Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Hindistana əlavə 25 faiz rüsum tətbiq edən fərman imzalayıb.
Musavat.com xəbər verir ki, məlumatı Ağ Ev yayıb.
Bildirilir ki, əlavə rüsumlar Rusiya neftinin alınması ilə bağlıdır. Sənədə əsasən, Rusiyadan neft idxalına görə Hindistana qarşı ABŞ-ın rüsumları, sərəncam imzalandıqdan 21 gün sonra gələn mallara tətbiq ediləcək.
Həmçinin qeyd olunur ki, administrasiya oxşar tarifləri Rusiya neftini idxal edən digər ölkələrə də tətbiq edə bilər.
Ağ Ev qeyd edib ki, bu, Rusiya neftinin vasitəçilər və ya neftin mənşəyinin əsaslı şəkildə Rusiyadan izlənilə bilən üçüncü ölkələr vasitəsilə alınmasına aiddir: "Rusiyadan gələn neft" anlayışını təyin edərkən, Trampın sərəncamına əsasən, ABŞ xam nefti, eləcə də "digər qurumlar tərəfindən istehsal oluna bilən neft məhsullarını" nəzərdə tutur".
Trampın bu fərmanı imzalaması göstərir ki, onun xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvadakı danışıqları nəticə verməyib.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ