Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio Rusiya prezidenti Vladimir Putinlə Trampın xüsusi elçisi Stiv Uitkoff arasında baş tutan danışıqları “faydalı və məhsuldar” kimi dəyərləndirib. Bu açıqlama Reuters agentliyi tərəfindən yayımlanıb.
Musavat.com xəbər verir ki, Rubio bildirib ki, bu danışıqlar Cənubi Qafqaz və Ukrayna məsələləri də daxil olmaqla bir sıra qlobal təhlükəsizlik məsələlərini əhatə edib. Hökumət rəsmisi əlavə edib ki, çərşənbə günü sonunadək Rusiyaya qarşı mümkün yeni sanksiyalar paketi ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.
“O barədə bu gün ətraflı danışmaq imkanı olacaq,” – deyə Rubio qeyd edib.
Xatırladaq ki, Putin və Uitkoff arasında bu görüş ABŞ prezidentinin Rusiyaya verdiyi sülh ultimatumunun başa çatmasından öncə “son şans” səviyyəsində qiymətləndirilirdi. Danışıqların “müsbət keçməsi” diplomatik kanalların tam qapanmaması və sanksiya seçimlərinin hələ də masada olduğunu göstərir.
Lakin müşahidəçilər bu prosesin gedişatında sanksiyalardan qaçmaq üçün konkret nəticələrin əldə olunub-olunmamasını həlledici məqam kimi görürlər.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ