İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli HELİKOPTER QƏZASI: Nazirlər HƏLAK OLDU

Qana Respublikasının müdafiə naziri Edvard Omane Boama və ətraf mühit, elm və texnologiya naziri İbrahim Murtala Məhəmməd helikopter qəzasında dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə Qana hökuməti məlumat yayıb.

Prezident Administrasiyasının açıqlamasına əsasən, qəza zamanı helikopterdə ümumilikdə 8 nəfər — 3 ekipaj üzvü və 5 sərnişin olub.

Ölənlər arasında hər iki nazirin də olduğu təsdiqlənib.

Qəzanın başvermə səbəbi və digər təfərrüatlar hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR