Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Gürcüstanın Batum şəhərində tanınmış jurnalist, “Batumelebi” və “Netgazeti” nəşrlərinin həmtəsisçisi və direktoru Mziya Amaglobeli 2 il müddətinə azadlıqdan məhrum edilib.
Batum Şəhər Məhkəməsinin qərarına əsasən, Amaglobeli yerli polis rəisi İrakli Dgebuadzeyə fiziki təzyiq göstərməkdə – daha dəqiq desək, ona sillə vurmaqda təqsirli bilinib. Məhkəmə onu cəzasını koloniya rejimində çəkməklə 2 illik həbs cəzasına məhkum edib.
Hadisənin detalları ictimaiyyətə tam açıqlanmasa da, müstəqil media və jurnalist təşkilatları bu qərarı ifadə azadlığına və müstəqil mətbuata qarşı təzyiqin tərkib hissəsi kimi qiymətləndiriblər.
Qeyd edək ki, Mziya Amaglobeli Gürcüstanda müstəqil və tənqidi medianın əsas simalarından biri hesab olunur. Onun rəhbərlik etdiyi media qurumları son illərdə həm regional, həm də ölkə səviyyəsində hökumətin fəaliyyətini tənqid edən reportaj və araşdırmalarla çıxış ediblər.
Hökümətə yaxın çevrələr isə məhkəmənin qərarını “qanunun aliliyinin təzahürü” kimi dəyərləndirir.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ