İnsanlara hürriyət, millətlərə istiqlal!

Pit Heqsetin bu cəhdi baş tutmadı

ABŞ-ın müdafiə naziri Pit Heqset öz komandasından Rikki Berianın, Pentaqondakı kadr məsələlərinə nəzarət edən Ağ Ev koordinatoru Metyu Maknittin vəzifəsindən uzaqlaşdırılmasına nail olmağa çalışıb, lakin bu təşəbbüs uğursuzluqla nəticələnib.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Mənbələrin qəzetə bildirdiyinə görə, Beria, ehtimal ki, Maknittin onun vakant vəzifələri doldurmaq cəhdlərinə mane olmasından narazı olub. Belə ki, o, Heqsetin komandasını formalaşdırmaq istəyərkən Ağ Evin müqaviməti ilə qarşılaşıb.

Ağ Ev nümayəndələri Berianın Maknittdən “qurtulmaq” cəhdinə dərhal müdaxilə edərək bu addımı faktiki olaraq bloklayıblar.

Qəzet qeyd edir ki, bundan əvvəl Ağ Ev Berianın nazir aparatının rəhbəri vəzifəsinə daimi təyin olunması təklifini də rədd edib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, prezident Donald Tramp müdafiə naziri Pit Heqsetin "Pentaqonun diqqətini hərbçilərə yönəltmək cəhdlərini tam dəstəkləyir" və Maknitt daxil olmaqla bütün əməkdaşlar ABŞ Silahlı Qüvvələrinin gücləndirilməsi missiyasını paylaşırlar.

Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell isə qəzetin iddialarını “cəfəngiyyat” və “klik toplamaq üçün yayılmış dedi-qodular” adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR