Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin Netanyahu ilə Baş Qərargah rəisi Eyal Zamir arasında Qəzzaya dair fikir ayrılığı yaranıb.
Musavat.com xəbər verir ki, yerli mediada yer alan xəbərlərə görə, Netanyahu Qəzza zolağının tam işğalı planına qarşı çıxan Zamirə istefa mesajı göndərib.
“Jerusalem Post” qəzetinə danışan, adı açıqlanmayan baş nazirlik rəsmisi bildirib ki, Netanyahu bütün Qəzza zolağını işğal etmək qərarına gəlib. Qəzza daxilində israilli əsirlərin saxlandığı güman edilən bölgələrə genişmiqyaslı quru hücumları planlaşdırılır.
Rəsmilərdən biri bildirib ki, Netanyahu bu planla razılaşmayan Eyal Zamirə açıq mesaj verib:
“Əgər Qəzzanın tam işğalı planı sizə uyğun gəlmirsə, istefa verməlisiniz”.
İsrail mətbuatında yayılan məlumatlara görə, Zamir Qəzzanın tam işğalının nəticələrinin fəlakətli ola biləcəyini düşünərək bu planı dəstəkləmir.
Bu gərginlik İsrail rəhbərliyi daxilində Qəzzaya qarşı atılacaq növbəti addımların ciddi şəkildə müzakirə olunduğunu göstərir.
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ