Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Belarus və Azərbaycan arasında hərbi əməkdaşlıq genişlənməkdə davam edir.
Bu dəfə əməkdaşlığın növbəti mərhələsi Belarusun paytaxtı Minskdə reallaşıb. Belarus Silahlı Qüvvələrinin Qoşun Xidməti İdarəsinin nümayəndələri ilə Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti arasında keçirilən görüşdə hərbi obyektlərin mühafizəsi və hüquq qaydasının təmin olunması sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Bu görüş, sadəcə texniki səviyyədə bir əməkdaşlıq deyil. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko açıq şəkildə Rusiya Prezidenti Vladimir Putinin bu dünyada ən sadiq və dəyişməz müttəfiqi sayılır. Və belə bir şəraitdə Lukaşenkonun rəhbərlik etdiyi dövlətin Azərbaycanla yüksək səviyyəli hərbi əlaqələri genişləndirməsi, Bakı ilə əməkdaşlığa önəm verməsi geosiyasi baxımdan olduqca diqqətçəkən hadisədir.
Bu fonda Belarus kimi strateji Rusiya müttəfiqinin Azərbaycanla daha da yaxınlaşması, Bakının regional və beynəlxalq hərbi əməkdaşlıq baxımından əvəzolunmaz tərəfdaşa çevrildiyini sübut edir. Həm də Kremlin ən yaxın çevrəsi artıq Azərbaycanın gücünü və rolunu təkcə iqtisadi deyil, həm də təhlükəsizlik platformasında qəbul və etiraf edir.
Putin-Lukaşenko tandeminin bir qolu olan Belarusun Azərbaycanla hərbi əməkdaşlığı gücləndirməsi, dolayısı ilə Rusiyanın belə əməkdaşlıqlara qarşı çıxmadığını və buna tolerant yanaşdığını göstərir. Bu isə Azərbaycanın qətiyyətli, balanslı və uğurlu xarici siyasət xəttinin növbəti təntənəsidir.
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ