Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Samsun şəhərinin Atakum rayonunda qeyri-adi hadisə yaşanıb.
Musavat.com xəbər verir ki, iğtişaş törətdiyi bildirilən şəxs polisdən qaçmaq üçün dənizə atılıb.
Polis əməkdaşlarının uzun müddət onu sahilə çıxmağa razı salmaq cəhdlərinə baxmayaraq, şəxs dənizdə qalmağa davam edib.
Hadisə Atakum rayonunun Yenimahalle sahilində baş verib. İddialara görə, ərazidə iğtişaş törədən şəxs ətrafdakıların xəbərdarlığı ilə hadisə yerinə gələn polisdən qaçmağa başlayıb. Qaçarkən o, birbaşa dənizə girərək uzaqlaşmağa cəhd edib.
Polis qrupları sahildə onu müşahidə edərək razı salmağa çalışsalar da, şəxs çağırışlara cavab verməyib və dənizdə qalmağa davam edib. Lakin bir müddət sonra yorulan şəxs könüllü şəkildə sahilə çıxaraq polisə təslim olub.
Hadisə anbaan mobil telefon kameraları ilə qeydə alınıb və sosial mediada geniş yayılıb.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ