İnsanlara hürriyət, millətlərə istiqlal!

BP-dən 25 ilin sensasiyası: Nəhəng neft və qaz yatağı aşkarlandı

Dünyanın enerji nəhəngi British Petroleum (BP) son 25 ilin ən böyük neft və qaz yatağını aşkar etdiyini elan edib.

Musavat.com xəbər verir ki, axtarışlar nəticəsində Braziliyanın Santos Hövzəsində yerləşən “Bumerangue” blokunda yerin dərin qatlarında hidrokarbonla zəngin nəhəng təbəqə aşkarlanıb.

BP-nin yaydığı məlumatda qeyd edilir ki, Rio-de-Janeyrodan 404 kilometr aralıda yerləşən 1-BP-13-SPS nömrəli quyu 2,372 metr dəniz dərinliyində qazılıb və ümumilikdə 5,855 metr dərinliyə qədər çatıb. Məhz bu dərinlikdə təxminən 300 kvadrat kilometrlik ərazidə, 500 metr qalınlığında hidrokarbonla zəngin pre-salt karbonat təbəqəsi aşkarlanıb.

Ekspertlər bu tapıntını yalnız geoloji deyil, həm də iqtisadi və geosiyasi baxımdan qlobal enerji balansını dəyişdirə biləcək hadisə kimi qiymətləndirirlər. Yatağın həcmi və potensial hasilat səviyyəsi hələ tam dəqiqləşdirilməsə də, ilkin təhlillər onun gələcək onilliklərdə enerji sektoruna yön verə biləcək nəhəng bir rezerv olduğunu göstərir.

Lakin bu sensasiyalı kəşflə yanaşı böyük bir risk də var: BP-nin apardığı ilkin analizlər yataqda karbondioksid səviyyəsinin yüksək olduğunu göstərir. Bu isə ekoloji tələblərin və hasilat texnologiyalarının daha da ciddi nəzərdən keçirilməsini zəruri edir.

BP bu uğuru ilə son illər Trinidad, Meksika Körfəzi, Liviya və Namibiyada apardığı uğurlu kəşflər zəncirinə yeni bir halqa əlavə etmiş oldu. Lakin Santos Hövzəsindəki bu tapıntı şirkətin son onilliklərdə əldə etdiyi ən böyük geoloji nailiyyət kimi tarixə düşəcək.

Enerji müharibələrinin, ekoloji dilemmanın və texnoloji mübarizələrin fonunda baş verən bu hadisə enerji nəhənglərinin gələcək planlarını, siyasətlərin yönünü və güc mərkəzlərini dəyişdirə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR