İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral ailəsi ilə bağlı ŞOK DETALLAR - Əlbəyaxa dava, döyülmə faktı və...

İngiltərə kralı Çarlzın kiçik oğlu, 40 yaşlı Şahzadə Harrinin əmisi, 65 yaşlı Şahzadə Endryu döyməsi iddiası kral ailəsində mübahisələrə səbəb olub.

Musavat.com xəbər verir ki, Andrew Lownie-nin "The Rise and Fall of the York York" kitabındakı iddiaya görə, 2013-cü ildə kral ailəsi toplantısında Harri ilə Endryu arasında böyük mübahisə yaranıb. Harrinin əmisini "qorxaq" adlandırması ilə insident davaya çevrilib, yumruqlar havaya qalxıb.

Kitabda həmçinin iddia edilir ki, Endryu 2018-ci ildə Harriyə Meqan Marklla evlənməyin “dəlilik” olduğunu və evliliyin bir aydan çox davam etməyəcəyini deyib.

Şahzadə Harrinin sözçüsü kitabdakı bu iddiaları tamamilə təkzib edib. Kral dairələrində böyük səs-küyə səbəb olan bu iddialar sosial mediada da geniş müzakirələrə səbəb olub.

Kitabda Şahzadə Endryunun təkcə Harri ilə deyil, həm də Şahzadə Uilyam və həyat yoldaşı Şahzadə Keytlə münaqişədə olduğu göstərilir. Endryu 2019-cu ildə həbsxanada ölü tapılan fahişəlik şəbəkəsinin qurucusu Cefri Epşteynlə əlaqəsi səbəbindən 2021-ci ildə bütün kral və hərbi titullarını itirib.

Harri və həyat yoldaşı Meqan Markl isə 2020-ci ildə krallıq vəzifələrindən istefa verib ABŞ-a köçüblər. Cütlüyün qərarı Britaniya kral ailəsindəki mövcud gərginliyi daha da artırıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR