İnsanlara hürriyət, millətlərə istiqlal!

Trendə qoşulmaq istəyən 32 yaşlı bloger onurğasını sındırdı - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində yaşayan 32 yaşlı influencer Mariana Barutkina sosial mediada yayılan “Stiletto Challenge” trendinə qatılarkən ağır xəsarət alıb.


Musavat.com xəbər verir ki, hündürdaban ayaqqabılarla təhlükəli poza verməyə çalışarkən müvazinətini itirən Barutkina onurğasını sındırıb.

Barutkina uşaq qidası qabının üzərinə tərs çevrilmiş qazan qoyaraq poza vermək istəyib, lakin yıxılaraq ciddi zədə alıb. Həkimlər onun onurğasında sıxılma sınığı aşkarlayıb və üç ay boyunca korset taxmalı olduğunu bildiriblər.

 

Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və geniş tənqidlərə səbəb olub. İstifadəçilər onu sağlamlığını və körpəsini riskə atmaqda ittiham ediblər.

Tənqidlərə cavab verən Barutkina isə belə deyib:

“Yanımda iki dayə var. Körpəm sağ-salamatdır. Çəkiliş zamanı dayələrdən biri körpəmin yanında idi”.

Musavat.com

Viral akım faciası: Topuklu ayakkabı ile video çekmek isterken omurgasını parçaladı

 

Viral akım faciası: Topuklu ayakkabı ile video çekmek isterken omurgasını parçaladı

Viral akım faciası: Topuklu ayakkabı ile video çekmek isterken omurgasını parçaladı

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR