Onlayn ictimai-siyasi qəzet
Dünyaca məşhur amerikalı pop ulduzu Cennifer Lopez İstanbulda gözlənilməz hadisə ilə üzləşib.
Musavat.com xəbər verir ki, məşhur “Chanel” butikinin əməkdaşları onu mağazaya buraxmaqdan imtina ediblər.
Türkiyə mediasının məlumatına görə, hadisə Lopezin İstanbulun ən nüfuzlu ticarət mərkəzlərindən biri olan “İstinye Park”a baş çəkdiyi vaxt baş verib.
Konsertdən bir gün əvvəl alış-verişə çıxan ulduzu mağazanın mühafizəçisi “butik doludur” bəhanəsi ilə içəri buraxmayıb.
Məşhur ifaçı isə soyuqqanlı şəkildə “Yaxşı, problem deyil” cavabını verərək oradan uzaqlaşıb.
Hadisədən bir qədər sonra mağaza əməkdaşları Lopezə daxil olmaq üçün dəvət göndərsələr də, sənətçi bunu rədd edib.
“Chanel”də yaşanan insidentə baxmayaraq, o, “Celine” və “Beymen” mağazalarında demək olar ki, üç saat keçirib. Məlumatlara görə, ulduz bu mağazalarda on minlərlə dollar dəyərində alış-veriş edib.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ