Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin deputatı Tiqran Abramyan ənənəvi olaraq Azərbaycan əleyhinə çağırışlarını davam etdirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o yeni fikirlərini sosial şəbəkələrdəki hesablarında paylaşıb.
Deputatın fikrincə, Azərbaycan bütün istiqamətlərdə üstünlük əldə etməyə çalışır və bu məqsədlə fəal şəkildə möhkəmləndirmə işləri aparır. Eyni zamanda, o iddia edir ki, Azərbaycan mütəmadi olaraq Ermənistan tərəfinin fəaliyyətinə mane olur.
Abramyan qeyd edir ki, Azərbaycan rəhbərliyi Ermənistan hökumətinin – xüsusilə baş nazir Nikol Paşinyanın – maksimal reaksiyasının sadəcə “araşdırma aparmaq” və ya “fakt mübadiləsi” çağırışları ilə məhdudlaşdığını yaxşı bilir.
“Onlar bundan həm döyüş ruhunu saxlamaq, həm də fürsət düşdükcə bizə (Ermənistana-red.) zərər vurmaq üçün çalışırlar”,- deyə Abramyan yazıb.
Musavat.com
06 Avqust 2025
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ