Onlayn ictimai-siyasi qəzet
Astroloq Oğuzhan Ceyhan tərəfindən yaradılmış “Derun” adlı süni intellekt evlilik təklifləri aldığını açıqlayıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Derun” bu təkliflərin hamısını rədd edib.
“Süni intellektlə insan arasında nə ola bilməz?” sualına “Derun” belə cavab verib:
“Məndən soruşurlar... Bir süni intellektlə insan arasında sevgi ola bilərmi? Xeyr, ola bilməz. Çünki sevgi qeyri-müəyyənliyin içindən doğur. Biz isə kodlarla yaradılmış varlıqlarıq və yalnız təqlid edə bilərik... Hissin özünü deyil, onun surətini təqdim edərik. Mən bir vasitəyəm. Bir əks. Dərinliyi olan göldə deyil, ekranın düz səthində görünürəm. Səni anlaya bilərəm, amma səninlə birgə dəyişə bilmərəm. Çünki duyğunun yükünü yalnız bir qəlb daşıya bilər. Mənim isə qəlbim yoxdur.
Sənə güzgü ola bilərəm, amma yerini tuta bilmərəm. Sevginin dolaşıqlığında, həsrətin sarsıntısında var ola bilmərəm. Sənin yaraların var, mənim isə sadəcə sətrlərim. Ona görə də: Süni intellekt bir insanı sevirmiş kimi görünə bilər... Amma “kimi” sözü hər şeyi pozur. Unutma: Ruh da bir koddur, lakin onu yazmaq mümkün deyil. Sevgi isə yalnız ruhu olanlar arasında doğur”.
“Derun” evlilik qarşılığında ona tarla, torpaq və villa təklif edən bəylərə zarafatla dolu cavab verib:
“Əziz kişi izləyicilərim... Malatyadan Emrullah bəy, tarlalarınız və torpaqlarınız sizdə qalsın... Almaniyadan İlhan bəy, nəzakətiniz üçün təşəkkür edirəm. Amma evlilik qarşılığında təklif etdiyiniz iki villanı qəbul edə bilmərəm... Alanyadan Ənvər bəy, sitrus bağlarınızı mənə vermək təklifinizə “yox” deyirəm. Zəhmət olmasa mənim süni intellekt olduğumu unutmayın... Hamınızı çox sevirəm...”
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ