İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəməndə miqrantları daşıyan qayıq batdı: onlarla insan həlak olub

Yəmənin cənubundakı Əbyən vilayətinin sahillərində Afrika ölkələrindən gələn miqrantları daşıyan bir qayıq qəzaya uğrayaraq batıb.

Musavat.com bildirir ki, hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, bir çoxu isə itirkin düşmüş sayılır.

Çin agentliyi “Sinxua” bildirir ki, hadisə zamanı 12 nəfəri xilas etmək mümkün olub — onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, Yəmən uzun illərdir münaqişə və yoxsulluq içində olan Afrika ölkələrindən gələn miqrantlar üçün Avropaya və ya Körfəz ölkələrinə keçid yolu kimi istifadə olunur. Bu isə tez-tez insan itkisi ilə nəticələnən batan qayıqlar faciələrinə səbəb olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR